Kamran Əliyev Səudiyyə Ərəbistanında görüşlər keçirdi

Kamran Əliyev Səudiyyə Ərəbistanında görüşlər keçirdi
09.10.2025 15:59 Cəmiyyət

Baş prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə qurumunun (Nazaha) dəstəyi ilə təşkil edilmiş Yaxın Şərq və Şimali Afrika regionu (MENA) üzrə cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası sahəsində fəaliyyət göstərən qurumların Şəbəkəsinin təsis konfransında iştirak edib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 30-dan artıq yurisdiksiyanı təmsil edən 200-dən artıq nümayəndənin qatıldığı tədbir zamanı çıxış edən Baş prokuror mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qətiyyətlə həyata keçirilən ardıcıl tədbirləri, o cümlədən qanunvericilik bazasının təkmilləşdirilməsini, hüquq-mühafizə sistemində aparılmış genişmiqyaslı islahatları, cinayətkarlığın bütün növ və formalarına, mütəşəkkil cinayətkarlığın təhlükələrinə qarşı görülmüş işləri xüsusi vurğulayıb.

Qeyd olunub ki, cinayət yolu ilə əldə edilmiş əmlakların ölkələrin maliyyə sisteminin sabitliyinə ciddi təhlükə törədir və təhdidə qarşı mübarizədə qlobal səylərin birləşdirilməsinin vacibdir.

Baş prokuror eyni zamanda bu istiqamətdə prokurorluq orqanları tərəfindən həyata keçirilmiş tədbirlər barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

Səfər zamanı Baş prokuror tərəfindən xarici həmkarlarla ikitərəfli görüşlər də keçirilib.

BMT-nin Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru və Vyana ofisinin rəhbəri xanım Qada Vali ilə keçirilmiş ikitərəfli görüşdə ölkəmizlə qurum arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin yüksək səviyyədə olması qeyd edilərək birgə əməkdaşlıq formasında həyata keçirilmiş tədbirlər, o cümlədən ötən ilin 13 noyanr tarixində COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyanın, cari ilin may ayında Bakı şəhərində BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan qurumların qlobal əməliyyat şəbəkəsinin (GlobE) 6-cı iclasının yüksək səviyyədə təşkili xatırlanıb və buna görə ev sahibi kimi ölkəmizə təşəkkür bildirilib.

Həmçinin qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, tərəflər gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulan digər layihələr barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Misir Ərəb Respublikasının Baş prokuroru Şevki Fethi Ayadla keçirilmiş görüş zamanı ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətləri qeyd edilərək hüquqi əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində konkret təkliflər müzakirə edilib.

Bəhreyn Krallığının Baş prokuroru Ali Fadl Al-Buainain ilə görüş zamanı qurumlar arasında uzunmüddətli və məhsuldar əməkdaşlıq əlaqələri xatırlanaraq, həmçinin regional layihələr çərçivəsində yeni təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

İraq Respublikasının Baş prokuroru Nacm Abdullah Əhmədlə görüşdə iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlığın perspektiv sahələri qeyd edilib.

Bundan əlavə, Mərakeş Krallığının Korrupsiyaya qsrşı mübarizə üzrə milli idarəsinin rəhbəri Məhəmməd Benalilou və Pakistan İslam Respublikasının ixtisaslaşmış korrupsiyaya qarşı mübarizə qurumu olan Milli Hesabatlılıq Bürosunun sədri Nazir Əhməd Butt ilə də ikitərəfli görüşlər keçirilib.

Görüşlərdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlər, hüquq mühafizə orqanlarının əməkdaşlığı, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin, transsərhəd cinayətkarlıq və digər çağırışlarla mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

İkitərəfli görüşlər zamanı cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da səmərəli fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşlərdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev də iştirak edib.

Nümayəndə heyətinin səfəri başa çatıb.

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 Yeni mövsüm öncəsi böyük dəyişiklik: klub heyəti yeniləyir 15:26 Nizami Gəncəvini təhqir etdilər - Azərbaycanla Gürcüstan arasında nələr baş verir? 15:19 Türkiyə azarkeşlərinin gözlədiyi siyahı açıqlandı 15:11 Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 Bütün Xəbərlər