İl ərzində 700 minə yaxın smartfon idxal edilib

İl ərzində 700 minə yaxın smartfon idxal edilib
15.09.2025 10:48 Cəmiyyət

2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana 217 milyon 546.4 min ABŞ dolları dəyərində 675 min 164 ədəd smartfon idxal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici dəyər baxımından 1.7% və ya 5.1 milyon ABŞ dolları artıb, say baxımından isə 12.4% və ya 95.4 min azalıb.

Belə ki, 2024-cü ilin ilk 7 ayı ərzində ölkəyə 212 milyon 431.9 min dollar dəyərində 770 min 523 ədəd smartfon gətirilib.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artaraq 548 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 468.7 manat idi.

Bu dövrdə ölkəyə smartfon əsasən Çindən ( 538 min 877 ədəd), Vyetnamdan (128 min 101 ədəd), Hindistandan (7839 ədəd) və Koreyadan ( 230 ədəd ) gətirilib. Bu məhsul Çindən 523 manata, Vyetnamdan 627.3 manata, Hindistandan 933.6 manata, Koreyadan isə 204 manata idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 166.4 min ABŞ dolları dəyərində 898 ədəd smartfon ixrac edilib. Gürcüstana (491 ədəd) və Çexiya (407 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 315 manat təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 Bütün Xəbərlər