Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
16.09.2025 12:41 Cəmiyyət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi uzunluğu 123,6 km olan Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun tikintisini 95 % icra edib.  

TodayPress TV bu barədə agentliyə istinadən xəbər verir. 

Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu yol (Zəngəzur dəhlizi) strateji əhəmiyyətə malik olmaqla, regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına mühüm töhfə verəcək. Layihə müasir standartlara və yüksək keyfiyyət tələblərinə uyğun şəkildə inşa olunur. Yolun ümumi uzunluğu 149,9 km təşkil edir ki, bunun 123,6 km-i əsas yoldur. Yolun texniki dərəcəsi 1B-dir, bu da yüksək sürətli və təhlükəsiz hərəkətə imkan yaradır.

•    Yolun eni: 14–21 metr

•    Torpaq yatağının eni: 21,5–29,5 metr

•    Hərəkət zolaqlarının sayı: 4–6

Bu göstəricilər nəqliyyatın rahat və fasiləsiz axını üçün əlverişli şərait yaradır.

Layihə çərçivəsində aşağıdakı mühüm mühəndis qurğuları inşa olunur:

•    260 dairəvi boru (ümumi uzunluğu 16 723 m)

•    55 düzbucaqlı boru (3 526 m)

•    55 alt keçid (3 781 m)

•    28 körpü (2 090 m)

•    8 yol qovşağı (26 336 m)

•    1 500 metr istinad divarı

•    3 tunel (ümumi uzunluğu 12 032 m)

Yolun inşasında yüksək keyfiyyətli materiallardan və qabaqcıl texnologiyalardan istifadə olunur. Torpaq yatağının hazırlanması, layların sərilməsi və yol geyimi işləri əsasən tamamlanıb.

•    Asfalt işləri: 950 000 m³

•    Torpaq işlərinin ümumi həcmi: 61 386 373 m³

Bu göstəricilər yolun möhkəmliyini və uzunömürlülüyünü təmin edən əsas faktorlardandır.

Layihənin mühüm hissəsini təşkil edən tunellər üzrə işlər əsasən yekunlaşıb:

•    Tunel T1: Sol - 1 004,2 m | Sağ - 1 030,6 m

•    Tunel T2: Sol - 1 809,5 m | Sağ - 1 838,5 m

•    Tunel T3: Sol - 3 178 m | Sağ - 3 172 m

Bu tunellərdə qazma və püskürtmə beton işləri artıq tamamlanıb.

Körpülərə gəldikdə, 28 körpüdən 22-nin tikintisi başa çatıb, 6-sında isə işlər davam etdirilir. Körpülərin 16-sı su ötürücü, 12-si isə yol ötürücüsüdür.

Bundan əlavə, 55 alt keçidin, 258 dairəvi və 47 düzbucaqlı borunun tikintisi də artıq tamamlanıb.

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu, Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistralının bir hissəsi kimi, Azərbaycanın digər bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihə təkcə nəqliyyat infrastrukturunun inkişafı deyil, həm də regionda iqtisadi inteqrasiyanın sürətlənməsi, yeni ticarət marşrutlarının formalaşması və strateji əməkdaşlığın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Yolun tam istismara verilməsi yaxın gələcəkdə region üçün yeni iqtisadi və geosiyasi imkanlar yaradacaq.

TodayPress TV

FOTOLAR

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 1
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 2
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 3
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 4
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 5
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 6
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 7
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 8
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Bütün Xəbərlər