“Hər ailədə ən az 3 uşaq olmalıdır, yoxsa...” – Sosioloq HƏYƏCAN TƏBİLİ ÇALDI

“Hər ailədə ən az 3 uşaq olmalıdır, yoxsa...” – Sosioloq HƏYƏCAN TƏBİLİ ÇALDI
21.08.2025 16:10 Cəmiyyət

Son illər Azərbaycanda ailə institutunun zəifləməsi və doğum səviyyəsinin azalması ictimai narahatlıq doğuran əsas məsələlərdən birinə çevrilib. Bu tendensiyanın yalnız sosial deyil, həm də milli təhlükəsizlik baxımından ciddi nəticələrə yol aça biləcəyi bildirilir. Vəziyyətdən çıxış yolu üçünsə müxtəlif variantlar mövcuddur. 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan sosioloq Elçin Bayramlı bildirib ki, bir çox ölkələr ailələrə sosial dəstəyin gücləndirilməsi üçün proqramlar reallaşdırsa da, Azərbaycanda bu sahədə uzun müddətdir ki, konkret addımlar atılmır:

“Məsələn, Türkiyə hökuməti yeni sosial dəstək paketi qəbul edərək doğuma görə birdəfəlik müavinəti 5000 lirəyə (təxminən 250 AZN) qədər artırıb. Birinci və ikinci uşaqlara aylıq ödənişlər, üçüncü və daha çox uşağa isə daha yüksək yardım tətbiq olunur. Eyni zamanda, ailələr güzəştli kredit imkanları əldə edirlər. Oxşar dəstək modelləri Rusiya, Gürcüstan, Ermənistan, İran və Avropa ölkələrində də mövcuddur. Təəssüf ki, Azərbaycan bu kontekstdə regionda istisna halına çevrilib. Halbuki, bizim sosial dəstəyə ehtiyacımız daha çoxdur”.

Sosioloqun sözlərinə görə, boşanmaların artması, doğum səviyyəsinin aşağı düşməsi və ailə modelinin zəifləməsi təhlükəli tendensiyalardır:

“Statistikaya əsasən, boşanma halları evliliklərə nisbətən artıb. Ailələrin əksəriyyəti bir uşaqla kifayətlənir. Nadir hallarda iki və ya üçüncü uşaq dünyaya gətirilir. Halbuki, xalqın davamlılığı üçün orta hesabla bir ailədə üç uşaq dünyaya gəlməlidir. Əks təqdirdə, 30-40 il ərzində cəmiyyət sürətlə qocalır və nəticədə milli demoqrafik sistem çökməyə başlayır. Bu, artıq yalnız sosial məsələ deyil, eyni zamanda milli təhlükəsizlik riskidir”.

Ekspert hesab edir ki, Azərbaycanda ailələrin rifahını artırmaq və doğum səviyyəsini yüksəltmək üçün dövlət təcili şəkildə kompleks tədbirlərə başlamalıdır:

“Yeni qurulan ailələr üçün sosial ipoteka imkanları yaradılmalı, doğuma görə birdəfəlik müavinətlər ciddi şəkildə artırılmalı, uşaq pulu sistemi bərpa edilməlidir. Sovet dövründə çoxuşaqlı analara “qəhrəman ana” statusu verilirdi. Bu kimi stimullaşdırıcı addımlar cəmiyyətin ailə modelinə marağını artırmaq baxımından əhəmiyyətlidir. Kifayət qədər maliyyə imkanlarımız var: dövlət büdcəsində hər il xərclənməyən vəsaitlər qalır, Neft Fondunun aktivləri isə artıq 75 milyard dolları keçib. Bu pullar xalqın sağlam gələcəyi üçün nəzərdə tutulubsa, ən doğru xərcləmə məhz bu sahəyə yönəldilməlidir”.

E.Bayramlı qeyd edib ki, bu tədbirlərin təsiri dərhal deyil, yalnız uzunmüddətli perspektivdə hiss olunacaq. Lakin hər keçən gün vəziyyətin daha da kritikləşdiyini nəzərə alaraq təxirəsalınmaz qərarlara ehtiyac var. 

Türkan İsgəndərli

FOTOLAR

“Hər ailədə ən az 3 uşaq olmalıdır, yoxsa...” – Sosioloq HƏYƏCAN TƏBİLİ ÇALDI — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər