Dövlət Komitəsi dövlət qulluqçularının peşə bayramını qeyd etdi

Dövlət Komitəsi dövlət qulluqçularının peşə bayramını qeyd etdi
23.06.2025 17:43 Cəmiyyət

23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, tədbiri giriş sözü ilə açan Komitə sədri Rövşən Rzayev dövlət qulluqçularını əlamətdar gün münasibətilə təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.

O, Prezident İlham Əliyevin “Dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyət və insanlara xidmət imkanıdır” fikrini xatırladaraq bildirib ki, dövlət qulluğu vətəndaşlara xidmət missiyasını daşıyır və yüksək peşəkarlıq tələb edir.

Sədr çıxışında Komitənin fəaliyyət sahəsi olan qaçqınlar və məcburi köçkünlərlə işin xüsusi əhəmiyyətindən danışıb. Bildirilib ki, bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri Böyük Qayıdış prosesidir. Həmin prosesin uğurla reallaşdırılması üçün Komitənin əməkdaşlarına ciddi vəzifələr düşür və hər bir dövlət qulluqçusu bu istiqamətdə yüksək məsuliyyətlə çalışmalıdır.

Tədbirdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərin həllinə xüsusi diqqət və qayğısı dərin minnətdarlıq hissi ilə qeyd edilib.

Eyni zamanda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 3 əməkdaşı - Zeynalov Təbriz Əmirxan oğlu, Xələfova Şəhla Əvəz qızı və Həsənova Sevgili Mehdi qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.

Təltif edilən şəxslər onlara etimad göstərildiyi və fəaliyyətləri ali səviyyədə qiymətləndirildiyi üçün dövlət başçısına təşəkkür edib, gələcək işlərini daha da səmərələri və effektiv quracaqlarını qeyd ediblər. Daha sonra Komitənin sosial media fəaliyyətində fəallıq göstərən bir qrup əməkdaşa təşəkkürnamələr təqdim edilib.

Sonda çıxış edən digər dövlət qulluqçuları həmkarlarını peşə bayramı münasibətilə təbrik edib, yaradılan iş şəraitinə və göstərilən etimada görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

FOTOLAR

Dövlət Komitəsi dövlət qulluqçularının peşə bayramını qeyd etdi — 1
Dövlət Komitəsi dövlət qulluqçularının peşə bayramını qeyd etdi — 2
Dövlət Komitəsi dövlət qulluqçularının peşə bayramını qeyd etdi — 3
Dövlət Komitəsi dövlət qulluqçularının peşə bayramını qeyd etdi — 4
Dövlət Komitəsi dövlət qulluqçularının peşə bayramını qeyd etdi — 5
Dövlət Komitəsi dövlət qulluqçularının peşə bayramını qeyd etdi — 6
Dövlət Komitəsi dövlət qulluqçularının peşə bayramını qeyd etdi — 7
Dövlət Komitəsi dövlət qulluqçularının peşə bayramını qeyd etdi — 8
Dövlət Komitəsi dövlət qulluqçularının peşə bayramını qeyd etdi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 Bütün Xəbərlər