Bakının çala-çuxur yolları - Təmir edilən yollar niyə tez sıradan çıxır?

Bakının çala-çuxur yolları - Təmir edilən yollar niyə tez sıradan çıxır?
29.04.2026 15:56 Cəmiyyət

"Təmir və yenidənqurma işlərindən sonra yol təhlükəsizliyini təmin etmək üçün çoxsəviyyəli nəzarət və aydın keyfiyyət standartları tətbiq olunmalıdır".

Bunu TodayPress TV-yə açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev deyib.


Onun sözlərinə görə, yol layihələri yalnız formal qəbuldan deyil, mərhələli və ciddi texniki yoxlamalardan keçməlidir:

"Təmir və yenidənqurma işlərindən sonra yol təhlükəsizliyini təmin etmək üçün çoxsəviyyəli nəzarət və aydın keyfiyyət standartları tətbiq olunmalıdır. İşlər layihə üzrə mərhələli texniki qəbuldan keçirilməli, hər mərhələdə müstəqil texniki nəzarətçi tərəfindən yoxlanılmalı və yalnız uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra növbəti mərhələyə icazə verilməlidir".

Ekspert əlavə edib ki, yol örtüyünün keyfiyyəti yalnız vizual yoxlama ilə deyil, laborator və sahə ölçmələri ilə təsdiqlənməlidir:

"Asfalt örtüyünün qalınlığı, sıxlığı və hamarlığı laborator və yerində ölçmələrlə təsdiqlənməli, kənar hissələrdə bərabər səviyyə və drenaj sistemi tam işlək vəziyyətdə olmalıdır".

Mütəxəssis həmçinin podratçı şirkətlərin məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, zəmanət mexanizmi yol keyfiyyətinə birbaşa təsir göstərir:

"Podratçıya minimum 2-5 il zəmanət öhdəliyi qoyulmalı və bu müddətdə yaranan çöküntü, çat və ya çalalar onun hesabına aradan qaldırılmalıdır. Yolun istifadəyə verilməsindən əvvəl təhlükəsizlik auditi aparılması mütləqdir. Yol təhvil verilməzdən əvvəl təhlükəsizlik auditi keçirilməli, xüsusilə piyada zonaları, kənar boşluqlar və açıq sahələr risk baxımından qiymətləndirilməlidir. İş bitdikdən sonra rəqəmsal monitorinq – foto və video hesabatlar, GPS izləmə, ictimai müraciət platformaları vasitəsilə operativ nəzarət qurulmalı və vətəndaş şikayətləri üzrə sürətli reaksiya mexanizmi işləməlidir".

Adil Nəbiyev beynəlxalq standartların yerli normativlərə inteqrasiyasının vacibliyini qeyd edib:

"Standartlar beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq (məsələn, ISO və AASHTO kimi qurumların yol tikinti və təhlükəsizlik normaları) yerli normativ aktlara inteqrasiya olunmalı, pozuntulara görə maliyyə sanksiyaları və podratçı reytinq sistemi tətbiq edilməlidir", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SEPAH-dan təxliyə əmri - ABŞ və İsrail ordusundan döyüş hazırlığı 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 All News