Azərbaycanda nə qədər gənc ev sahibidir?

Azərbaycanda nə qədər gənc ev sahibidir?
06.05.2026 18:00 Cəmiyyət

Gənclərin valideyn evindən ayrılıb müstəqil yaşamağa başlaması halları artıb. Onlar ya təhsil və iş, ya da evləndikləri üçün yeni həyata başlayırlar. Azərbaycanda, xüsusilə paytaxtda ev almaq çətindir.

Bəs gənclər üçün mənzil əlçatanlığı nə qədərdir?

TodayPress TV xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara görə, Azərbaycanda ev təsərrüfatının başçısı 30 yaşa qədər olan gənc ailələrin 91,2 faizi öz mülkiyyətində olan mənzil və ya evdə yaşayır.

Komitənin “Azərbaycan gəncləri – 2025” statistik məcmuəsində yer alan göstəricilərə əsasən, bu ev təsərrüfatlarının cəmi 4,1 faizi dövlətə, 3,5 faizi isə bələdiyyəyə məxsus mənzillərdə kirayə və ya digər şərtlərlə məskunlaşıb. 

Araşdırmalara görə, evlərin bəziləri sovet dövründən qalan irsi mülkiyyət və ya ailə daxili mirasın qalması ilə bağlıdır. Təbii ki, dövlət tərəfdən də gənclər və ailəlilər üçün proqramlar var. Onlar "güzəştli mənzil" sistemi köməyilə aşağı faizlə ev ala bilirlər. Bəziləri isə şəhərin müxtəlif yerlərindən sərfəli qiymətə torpaq alıb, həyət evləri tikirlər. Çünki bu evlərin qiymətlərini tikiliş formasına görə tənzimləmək mümkündür.

Qeyd edək ki, ev almağa imkanı çatmayan şəxslər ya kirayə, ya da ana-ata ilə qalırlar. Bu da müəyyən çətinliklər yaradır.

Nəzərə alsaq ki, ildən-ilə mənzil qiymətləri artır, bu sahədə müəyyən işlərin görülməsi vacib hesab olunur.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 All News