Azərbaycanda evlənmək neçəyə başa gəlir? - ARAŞDIRMA

Azərbaycanda evlənmək neçəyə başa gəlir? - ARAŞDIRMA
30.05.2025 16:49 Cəmiyyət

Toy həm ailələr üçün sevinc, həm də büdcə baxımından ciddi məsuliyyət deməkdir. Restorandan tutmuş xonçalara qədər hər detal xüsusi xərc tələb edir.  

Maraqlıdır Azərbaycanda bir toy neçəyə başa gəlir?

TodayPress TV toy qiymətlərini araşdırıb.

Məlub olub ki, toy prosesində ən böyük xərclər, şadlıq saraylarına aiddir. Belə ki, hazırda Bakıda orta səviyyəli toy üçün menyu qiymətləri adambaşı 35 - 150 manat arasında dəyişir. 150 nəfərlik bir toy etmək üçün restoran və xidmət xərcləri 7000 - 22 500 manat aralığında olur. 

Təbii ki, daha da bahalı restoranlara rast gəlmək mümkündür.

Xərclərin əsas hissələrindən biri də qızıla aiddir. Araşdırmalarımıza görə, qızıl dəstləri orta hesabla 3000 - 10 000 manat aralığındadır.

Qeyd edək ki, hazırda 1 qram qızılın qiyməti təxminən 120 - 130 manat civarındadır. 

Toy mərasimlərinin ayrılmaz hissəsi olan xonçaların da qiyməti ucuz deyil. Müxtəlif dizaynda hazırlanan xonçaların qiyməti 10 manatdan başlayaraq 50 manata qədər yüksəlir. Təbii ki, bu da oğlan evi və qız evi, eləcə də adətlərə görə dəyişir. 

Həri, nişan, gəlin xonçasını hesablasaq, ümumilikdə  xərc 300 - 1500 təşkil edir. Təbii ki, xonçalar boş getmir. Onların içini geyimlər, aksessuarlar, kosmetik vasitələr, şirniyyatlar və başqa ləvazimatlarla doldurmaq lazımdır. Bu da hər bir ailənin cibinə görə dəyişir. Bəziləri bahalı markalara üstünlük verərkən, bəziləri daha sərfəli məhsullara üz tutur.

Şad günlərin əyləncə və yaddaş hissəsi də az xərc tələb etmir. Müğənni və tamada 500 - 2500 AZN, foto/video çəkiliş 700 - 2000 AZN, gəlin maşını və dekorasiyası 300 - 800 AZN, rəqs qrupu, mələklər və effektlər 500 - 1500 AZN-dir. Bütün bunlar istəyə görə dəyişə bilər.


Gəlin deyəndə ağıla ilk gələnlər gəlinlik saç və makiyaj və cehizlərdir. 

Gəlinliklərin kirayə qiyməti keyfiyyət və modelə görə dəyişir. Sadə gəlinliklər 250 manatdan başlayır, lüks modellər isə 5000 manata qədər təklif olunur. 

Saç-makiyaj xidmətlərinin qiyməti 300 - 800 manat arasında dəyişir. Bu xərclər də adətlərə görə dəyişir. Bəzən oğlan evi, bəzən də qız evi ödəyir.

Cehizlərlə bağlı vəziyyət isə belədir: Mətbəx əşyaları, elektrik avadanlıqları və digər gündəlik istifadə olunacaq əşyalar alınır ki, onların da ümumi qiyməti 2000 - 5000 manat arasında dəyişir. Zal, yataq, mətbəx mebellərinin qiyməti isə orta hesabla 5000 - 20 000 manat təşkil edir. 

Ayrılıqda götürsək, Azərbaycanda bir toyun başa gəlməsi üçün minimum 14 900 – 71 800 manat arası xərc tələb olunur. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
31 MAY 2026
Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Bütün Xəbərlər