Azərbaycan, Serbiya və Türkiyə media sahəsində təcrübə mübadiləsi proqramı həyata keçirdi

Azərbaycan, Serbiya və Türkiyə media sahəsində təcrübə mübadiləsi proqramı həyata keçirdi
28.06.2025 16:08 Cəmiyyət

Azərbaycan Audiovizual Şurası, Serbiya Elektronik Media üzrə Tənzimləyici Qurumu (REM) və Türkiyə Radio və Televiziya Üst Qurumu (RTÜK) arasında üçtərəfli əməkdaşlıq çərçivəsində ilk təcrübə mübadiləsi proqramı həyata keçirilib.

Bu barədə TodayPress TV-yə Audiovizual Şuradan məlumat verilib.

Bildiirlib ki, 23–27 iyun tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində reallaşdırılan proqramın əsas məqsədi audiovizual medianın tənzimlənməsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və qarşılıqlı öyrənmə mühitinin təşviq olunması olub.

Təcrübə proqramı çərçivəsində iştirakçılar audiovizual medianın monitorinqi, məzmunun təhlili, müvafiq qanunvericilik və hüquqi mexanizmlər, tənzimləyici prinsiplər və media siyasəti sahəsində fikir və təcrübə mübadiləsi aparıblar. Azərbaycan və Türkiyədən olan nümayəndələr REM-in gündəlik fəaliyyəti ilə yanaşı, Serbiyanın bir neçə televiziya və radio kanallarının, ictimai yayımçının iş prosesi və Milli Teleqüllə kompleksi ilə yaxından tanış olublar.

Bu təcrübə proqramı üçtərəfli əməkdaşlığın və üçtərəfli təcrübə mübadiləsi proqramının ilk mərhələsini təşkil edir. Tərəflər qarşıdakı dövrdə analoji təcrübə mübadilələrinin davam etdirilməsini planlaşdırırlar.

FOTOLAR

Azərbaycan, Serbiya və Türkiyə media sahəsində təcrübə mübadiləsi proqramı həyata keçirdi — 1
Azərbaycan, Serbiya və Türkiyə media sahəsində təcrübə mübadiləsi proqramı həyata keçirdi — 2
Azərbaycan, Serbiya və Türkiyə media sahəsində təcrübə mübadiləsi proqramı həyata keçirdi — 3
Azərbaycan, Serbiya və Türkiyə media sahəsində təcrübə mübadiləsi proqramı həyata keçirdi — 4
Azərbaycan, Serbiya və Türkiyə media sahəsində təcrübə mübadiləsi proqramı həyata keçirdi — 5
Azərbaycan, Serbiya və Türkiyə media sahəsində təcrübə mübadiləsi proqramı həyata keçirdi — 6
XƏBƏR LENTİ
31 MAY 2026
Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Bütün Xəbərlər