Azərbaycan polisi 107 yaşında: Şərəfli yola baxış!

Azərbaycan polisi 107 yaşında: Şərəfli yola baxış!
02.07.2025 17:09 Cəmiyyət

"107 yaşını qeyd edən Azərbaycan Polisi şərəfli və keşməkeşli yol keçib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayan polis orqanları müstəqilliyin müdafiəsində ön sıralarda olub".

Bu barədə “İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı”nın sədri Ramiz Alıyev TodayPress TV-yə danışarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşan polis orqanları dövlətin qurulmasında və milli maraqların qorunmasında mühüm rol oynayıb. Sovet dövründə də cinayətkarlığa qarşı mübarizə aparan polis ictimai asayişin təminində aktiv iştirak edib.

"Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə daxili işlər orqanları yüksək peşəkarlıq nümayiş etdirib. Ermənistanın 1988-ci ildən başlayan hərbi təcavüzünə qarşı ilk cavab verənlər də məhz polis qüvvələri olub. Bu mübarizədə 1700-ə yaxın polis və hərbi qulluqçu şəhid olub, 1710 nəfər isə yaralanıb. Göstərdikləri igidliyə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər isə orden və medallara layiq görülüb. 1994-cü ildən sonra DİN-də köklü islahatlar aparılıb. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin fəaliyyəti daha da gücləndirilib, müasir infrastruktur və peşəkar kadr korpusu formalaşıb. Türkiyə ilə əməkdaşlıq çərçivəsində Daxili Qoşunların hazırlıq səviyyəsi yüksəldilib".

Ramiz Alıyev əlavə edib ki, Vətən müharibəsində DİN əməkdaşları mühüm rol oynayıb. 66 şəhid, 346 yaralı verilib. 1690 nəfər orden və medallarla təltif olunub, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. 2023-cü ilin sentyabrında Xankəndi ətrafında minaya düşən polislərin həlak olması isə antiterror əməliyyatlarının başlanmasına səbəb olub. Bu əməliyyatda da DİN 20 şəhid verib.

Sədr vurğulayıb ki, Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Qarabağ və Şərqi Zəngəzurda polis gecə-gündüz xidmət aparır. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Hazırda DİN işğaldan azad edilən ərazilərdə müvəqqəti komendantlıqlar vasitəsilə təhlükəsizliyi təmin edir. 1000-dən çox müharibə iştirakçısı polis sıralarına qəbul olunub.

"Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin yaradılması bu sahədə yeni mərhələdir. Azərbaycan polisi insan alveri, narkotik dövriyyəsi və transmilli cinayətlərə qarşı mübarizədə nümunə sayılır. Polisə qarşı yönələn qarayaxma kampaniyaları və informasiya hücumları uğursuzluğa məhkumdur. Polisimizin arxasında Azərbaycan xalqı, dövləti və Müzəffər Ali Baş Komandan dayanır". 

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Türkan İsgəndərli

FOTOLAR

Azərbaycan polisi 107 yaşında: Şərəfli yola baxış! — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Bütün Xəbərlər