İranın "KİÇİK QARDAŞI" niyə susur?

İranın "KİÇİK QARDAŞI" niyə susur?
02.03.2026 14:46

"Ermənistan hansısa prosesə ciddi reaksiya verə biləcək səviyyədə olan ölkə deyil". 

Bunu TodayPress TV-yə politoloq Elçin Xalidbəyli deyib.  


O qeyd edib ki, Ermənistanın İran-ABŞ-İsrail gərginliyinə də hər hansı təsir göstərmək və ya real reaksiya vermək imkanları məhduddur.

Analitik diqqətə çatdırıb ki, Ermənistanın hazırkı əsas “reaksiyası” Qərbə yaxınlaşmaq və inteqrasiya olunmaq cəhdidir:  

"Bunun yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. "Tramp marşrutunun" reallaşması faktiki olaraq Ermənistanın həm Yaxın Şərqdə, həm İran ətrafında, həm də Cənubi Qafqazda baş verən və ya baş verə biləcək hadisələrə dolayısı reaksiyası kimi qiymətləndirilə bilər. Çünki bu halda ABŞ-nin regionda mövcudluğu artmış olacaq. Bu isə həm İran, həm də Rusiya üçün problem yarada bilər və "Tramp marşrutunun" həyata keçirilməsi Cənubi Qafqazı tamamilə yeni mərhələyə daşıya bilər". 

E. Xalidbəyli əlavə edib ki, ümumilikdə isə Ermənistanın hazırkı mövcudluq və inkişaf layihəsi məhz "Tramp marşrutu" (TRIPP) ilə bağlı görünür. Buna görə də Ermənistanın nə indi, nə də yaxın perspektivdə qlobal proseslərə ciddi təsir göstərmək və ya real reaksiya vermək imkanları realdır. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Bütün Xəbərlər