Yaşar Gülər azərbaycanlı qazilərlə görüşdü

Xarici siyasət

19.09.2025 16:07

Türkiyədə 19 Sentyabr Qazilər Günü münasibətilə keçirilən tədbirdə azərbaycanlı qazilər və onların ailələri də iştirak ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, tədbirdə milli müdafiə naziri Yaşar Gülərlə yanaşı, qərargah rəisi general Selçuk Bayraktaroğlu, qoşun komandanları və nazir müavinləri də iştirak ediblər.

Tədbir çərçivəsində Yaşar Gülər azərbaycanlı qazilər və onların ailələri ilə ayaqüstü görüşüb.

TodayPress TV

tag: Türkiyə,Yaşar Gülər,Qazi,Görüş,Todaypress.tv,

photo
photo
photo