Siyarto: “Avropa liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün növbəyə düzülürlər”

Xarici siyasət

05.09.2025 18:23

"Bu gün Avropa liderləri Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə düzülürlər".

TodayPress TV xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto bildirib.

“Bizim on beş il əvvəl qarşılıqlı hörmət və fayda əsasında Azərbaycanla tərəfdaşlıq qurmağa başladığımız dönəmlərdə, bəzi Avropa liderləri bizi məsxərəyə qoyur və bizə dərs keçməyə çalışırdılar. Bu gün isə həmin liderlərin özləri Bakıda Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dayanırlar”, - deyə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“MOL Group” və MVM artıq Azərbaycanın ən böyük neft-qaz yataqlarında paya sahibdir və adi alıcılardan beynəlxalq bazarda enerji istehsalçılarına çevriliblər”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, sentyabrın 5-də Budapeştdə Azərbaycanla İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 11-ci iclası keçirilib. İclasda bir sıra mühüm sənədlər imzalanıb.

tag: Avropa,Azərbaycan,Lider,İlham Əliyev,Peter Siyarto ,Todaypress.tv,