Şimali Kipr Türk Respublikasının Prezidenti Füzuli rayonuna gəldi
Xarici siyasət
03.07.2025 14:32
Ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib.
TodayPress TV xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağı elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıblar.
tag: Ersin Tatar,Azərbaycan,Səfər,Şimali Kipr,Todaypress.tv,
