Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycana səfərə gəldi
Xarici siyasət
06.10.2025 13:01
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da ölkəmizə səfərə gəlib.
TodayPress TV xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında Şimali Kipr Prezidentini Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.
tag: TDT,Qəbələ,Emin Əmrullayev,Zirvə Görüşü,Todayopress.tv,
