Səfirlik nümayəndələri Astara sərhəd-keçid məntəqəsində

Xarici siyasət

21.06.2025 13:29

ABŞ səfirinin müavini vəzifəsini icra edən Mark Hernandez və səfirliyin bir qrup əməkdaşı bu gün Azərbaycanın cənubunda yerləşən Astara sərhəd-keçid məntəqəsinə səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.

Bildirilib ki, ABŞ səfirliyi ölkəyə daxil olan vətəndaşlarına yardım göstərilməsi istiqamətində Azərbaycanın davamlı dəstəyini yüksək qiymətləndirib:

"Amerikalıların təhlükəsizliyi və onların təhlükəsiz şəkildə ölkəyə daxil olması bizim üçün ən yüksək prioritet olaraq qalır", - deyə məlumatda qeyd olunub.

tag: ABŞ,Səfir,Müavin,Astara,Todaypress.tv,

photo
photo