Səfir: "Əməkdaşlığımızın gücləndirilməsi zəruridir"
Xarici siyasət
18.06.2025 10:49
“Nəqliyyat sahəsində əməkdaşlığımız həm ölkələrimiz, həm də qonşularımız üçün böyük perspektivlər açır. Türkmənbaşı Beynəlxalq Dəniz Limanı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yaradılmış müasir infrastruktur, sıx əməkdaşlıq şəraitində işləyir və ərazilərimizdən yüklərin tranzitini təmin edir”.
TodayPress TV xəbər verir ki, Türkmənistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Qurbanməmmet Elyasov bunu "Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, tranzitlə bağlı məsələlərdə qonşu dövlətlərlə qarşılıqlı əlaqə olmadan nəticə əldə etmək mümkün deyil.
“Bu gün nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyədə olması Türkmənistan və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətindən xəbər verir.
Limanlarımızın daha böyük imkanlarını qeyd etmək vacibdir, çünki bizim Xəzər dənizindəki qonşularımızla müqayisədə yüklərin daşınması üçün böyük potensialımız var. Bu da bizim həm Çindən Avropaya, həm də əks istiqamətdə tranzit yük axınının artırılması ilə bağlı mövcud çağırışlara hazır olduğumuzu göstərir.
Bu baxımdan, əməkdaşlığımızın bütün nəqliyyat və logistika sahələri üzrə qarşılıqlı əlaqənin daha da gücləndirilməsini zəruri hesab edirəm",- deyə o diqqətə çatdırıb.
Töhfə Səməd
tag: Türkmənistan,Səfir,Tədbir,Çıxış,Todaypress.tv,