Şahbaz Şərif Azərbaycana səfərə yola düşdü
Xarici siyasət
03.07.2025 13:23
Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana səfərə yola düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb.
Qeyd edilib ki, Şahbaz Şərif iki günlük rəsmi səfəri üçün İslamabaddan Azərbaycana yola düşüb.
O, Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcək.
tag: Şahbaz Şərif,Pakistan,Səfər,Azərbaycan,Todaypress.tv,

