Rəsmi Bakı Qətərə hücumdan narahatdır

Xarici siyasət

09.09.2025 23:15

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qətərin paytaxtı Doha şəhərinə hücuma münasibət bildirib.

TodayPress TV xəbər verir ki, nazirliyin "X" hesabında paylaşılan məlumatda deyilir:

"Biz regional gərginliyi daha da gücləndirmək riski ilə Qətərə qarşı bugünkü hücumdan dərin narahatıq. Biz Qətərin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və regionda sabitliyi qorumaq üçün diplomatik səylərə üstünlük verməyə çağırırıq"

TodayPress TV

tag: XİN, Azərbaycan, Qətər, Doha, todaypress.tv,