Ramil Həsən Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru ilə görüşdü

Xarici siyasət

18.10.2025 13:13

Oktyabrın 17-də Qazaxıstanın Astana şəhərində Baş katib Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru səfir Berik Arın ilə görüşüb.

TÜRKPA-dan TodayPress TV - yə bildirilib ki, B. Arın Ramil Həsəni Baş katib vəzifəsinə başlaması münasibətilə təbrik edib, onun peşəkarlığını və Türk dünyasının birliyi və inteqrasiyasının möhkəmləndirilməsinə verdiyi dəyərli töhfələrini vurğulayıb.

Görüşdə Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş direktoru TÜRKPA nümayəndə heyətinə təşkilatın missiyası, strukturu və əsas proqramları barədə məlumat verib.

B.Arına təşəkkür edən Ramil Həsən fikir mübadiləsinin səmərəliliyi və görüşün konstruktiv xarakter daşımasından məmnunluğunu ifadə edib.

Tərəflər hər iki təşkilatın fəaliyyəti çərçivəsində birgə təşəbbüslərin araşdırılması barədə razılığa gəliblər.

TodayPress TV

tag: Astana,Ramil Həsən,Baş katib,TÜRKPA,Todaypress.tv,