Polşa parlamentariləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi

Xarici siyasət

30.09.2025 17:25

Azərbaycanda səfərdə olan Polşa parlamentinin Polşa-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun sədri Pşemışlav Vitekin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsinin önünə tər çiçəklər düzüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TodayPress TV-yə bildirilib ki, sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən şəhəri seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

TodayPress TV

tag: Polşa ,Parlamentarilər,Fəxri,Şəhidlər,Xiyaban,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo