PFPAD üzvü: “Afroəsilli xalqlar köləliyin qurbanı olub”

Xarici siyasət

03.06.2025 10:58

“Vurğulamaq istədiyim məsələ afroəsilli insanların məsələlərinin qlobal çağırışların həllində nə qədər kritik əhəmiyyət daşımasıdır”.

TodayPress TV xəbər verir ki, bunu BMT-nin Afrika Əsilli Xalqların Daimi Forumunun (PFPAD) üzvü (Kolumbiya) Pastor Elias Murillo Martinez Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransda deyib.

Martinez heç kimin irqçilikdən sığortalanmadığını bildirib:

“Dünya getdikcə kiçilir, sərhədlər simvolikləşir və reallıq odur ki, heç kim nə irqçilikdən, nə də bərabərsizlikdən tam sığortalanmayıb. Afroəsilli xalqlar olaraq bizlər müstəmləkəçiliyin, transatlantik qul ticarətinin və köləliyin qurbanları olmuşuq. Bu ağrılı keçmiş yalnız arxivlərdə qalmayıb – onun sosial, iqtisadi və mədəni nəticələri bu gün də bizimlədir. Müasir dünya quruculuğunda afroəsilli icmaların səsi eşidilməlidir. Onların tarixi ağrıları təkcə keçmişə aid deyil – bu ağrılar bu gün texnologiyaya çıxışsızlıqda, iqtisadi borclanmalarda, sistemli ayrı-seçkilikdə, təhsil imkanlarının qeyri-bərabərliyində açıq şəkildə görünür”.

Qiymət Mahir

tag: Bakı,Beynəlxalq,Tədbir,Fransa,Todaypress.tv,