Milli Məclis və Ukrayna Ali Radasının sədrləri arasında telefon danışığı oldu

Xarici siyasət

18.08.2025 16:35

Milli Məclisin sədri Sahibə Qafarova ilə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk arasında telefon danışığı baş tutub.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Telefon danışığı zamanı iki ölkə parlamenti arasında əməkdaşlıq məsələləri müzakirə edilib, əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Söhbətdə Azərbaycan-Ukrayna münasibətlərinin hərtərəfli inkişafı fonunda parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsi yolları nəzərdən keçirilib, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Bu kontekstdə, spiker Sahibə Qafarova Ruslan Stefançuku Azərbaycan Respublikasına səfərə dəvət edib.

Telefon danışığı zamanı parlamentlərarası əlaqələrin birgə səylərlə həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da inkişaf edəcəyinə inam ifadə olunub.

tag: Sahibə Qafarova,Milli Məclis,Ukrayna,Telefon,Todaypress.tv,