Katib: “Fransanın məqsədi səsimizin eşidilməməsi idi”
Xarici siyasət
25.06.2025 12:40
“Tarix boyu yaşadığımız hadisələr Fransa tərəfindən gizlədilib, ört-basdır edilib. Fransanın əsas məqsədi bizim səsimizin eşidilməməsi idi”.
TodayPress TV xəbər verir ki, Qvadelupun Dekolonizasiyası üzrə Beynəlxalq Cəbhənin katibi Joze Marten Jan-Pyer bunu jurnalistlərə açıqlamasında bildirib.
“Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq nəticəsində biz BMT-nin Afrika Mənşəlilər Forumu kimi beynəlxalq platformalarda öz sözümüzü demək imkanı qazandıq. Bu, bizim üçün böyük irəliləyişdir və buna görə Azərbaycan tərəfinə dərin təşəkkürümü bildirirəm”, - deyə o vurğulayıb.
Joze Marten Jan-Pyer bildirib ki, bu cür beynəlxalq konfranslar Qvadelup üçün xüsusi əhəmiyyət daşıyır:
“Burada həm tariximizi təqdim etmək, həm də siyasi məqsədlərimizi paylaşmaq fürsəti əldə etdik. Biz buraya gəlmişik ki, tariximizi danışaq və açıq şəkildə ifadə edək. Məqsədimiz tam müstəqillik əldə etməkdir. Fransa kolonializminin ağır nəticələrini bu gün də yaşamaqda davam edirik və bu platformada həmin gerçəklikləri dünya ictimaiyyətinə çatdırırıq”.
O, çıxışının sonunda Bakı Təşəbbüs Qrupuna yaratdığı imkanlara görə təşəkkürünü bildirib.
Töhfə Səməd
tag: BTQ,Bakı,Tədbir,Konfrans,todaypress.tv,