Jurnalist Danik Zandronis: "Qvadelupalılar bu himni dinləməyə məcbur idilər"
Xarici siyasət
25.06.2025 10:09
“1960-cı illərin sonuna qədər dövlət radiosu hər səhər Fransanın milli himni "La Marseillaise"nı yayımlayırdı. Qvadelupalılar bu himni dinləməyə məcbur idilər, çünki o dövrdə yalnız bir radio mövcud idi”.
TodayPress TV xəbər verir ki, Qvadelup nümayəndəsi, jurnalist Danik Zandronis bunu "Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” adlı beynəlxalq tematik konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla da mədəni və zehni asılılıq artıq başlayıb, yaxud kolonizasiyanın əvvəlindən bəri davam edən bu proses həmin dövrdə daha da dərinləşib.
“Həmin dövrdə Fransa radiosunun proqramları yalnız fransız musiqilərini yayımlayırdı. Halbuki Qvadelupa radiosu Qvadelupada yerləşsə də, bir fransız radiosu olduğuna görə yerli musiqiyə demək olar ki, yer vermirdi. Bu da mədəniyyətin necə sistematik şəkildə sıxışdırıldığını və kolonial təsirin nə qədər dərin olduğunu göstərir.
Həmçinin Qvadelupada bir qəzet mövcuddur ki, adı "France-Antilles"dir. Bu qəzet bu gün də informasiya yayan Qvadelupanın yeganə gündəlik qəzetidir və kolonial sistemin davam etdirilməsinə xidmət edən bir vasitədir.
"France-Antilles" qəzeti Qvadelupada hər seçki dövründə Fransa müstəmləkəçiliyinin təbliğat mərkəzinə çevrilir”.
Töhfə Səməd
tag: BTQ,Bakı,Tədbir,Konfrans,todaypress.tv,