İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirdi

Xarici siyasət

13.10.2025 15:12

Prezident İlham Əliyev Misirdə Ermənistan Baş naziri Nikol Paşinyanla söhbətləşib.

TodayPress TV xəbər verir ki, Azərbaycan lideri Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində Nikol Paşinyanla söhbətləşib.

Qeyd edək ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

TodayPress TV

tag: Prezident,İlham Əliyev,Misir,Səfər,Todaypress.tv,

photo
photo