İlham Əliyev: 4 ili itirilmiş illər kimi qiymətləndirirəm
Xarici siyasət
09.08.2025 01:32
"Artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik. Artıq mənim səfərim çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilib".
TodayPress TV xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib.
"Biz vaxt itirmək istəmirik. Onsuz da əvvəlki adminstrasiya dövründə - 4 ili itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Cozef Bayden Adminstrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilib. Bizim ABŞ ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial olaraq bir növ dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun adminstrasiyasının nümayəndələrini, onun komandasının Azərbaycana olan müsbət münasibəti, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşləri, mətbuat konfransındakı ab-havanı da hiss ediblər. Bu xoş münasibət əlbəttə, çox önəmli amildir".
tag: Azərbaycan ,Amerika,Ermənistan, İlham Əliyev,Todaypress.tv,