İctimai fəal: “Makron və onun ətrafı bu məsələdə çox sərtdir”

Xarici siyasət

25.06.2025 12:37

“Azərbaycan bizim azadlığa gedən yolumuza işıq saçdı”. 

TodayPress TV xəbər verir ki, ictimai fəal Nicola Andrea Brisset-Regent bunu jurnalistlərə açıqlamasında bildirib.

O, Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib: 

“Bizim üçün Azərbaycanla bu memorandumun imzalanması həqiqətən də çox vacibdir və bu istiqamətdə göstərdiyiniz bütün dəstəyə görə sizə bir daha təşəkkür edirik.      

Azərbaycan bizi beynəlxalq aləmdə görünən edir - dünyaya Qvadelupada baş verənləri çatdırır, bizim nəyə ehtiyacımız olduğunu göstərir. Bu, həqiqətən acınacaqlı bir vəziyyətdir və artıq bütün dünya bundan xəbərdar olacaq”.  

Onun sözlərinə görə, Fransa müstəmləkəçiliyin əsas aparıcı ölkələrindən biridir və ölkə prezidenti Emmanuel Makron və onun ətrafındakı rəhbər şəxslər bu məsələdə çox sərt və qeyri-insani rəftar göstərir.   

“Biz azad olmaq istəyirik, yalvarırıq, danışıqlar aparırıq, amma onlar bizi buraxmaq istəmirlər. Bu, gerçəkdən çox ağır bir vəziyyətdir”, - deyə o etirazını dilə gətirib.

Töhfə Səməd

tag: BTQ,Bakı,Tədbir,Konfrans,todaypress.tv,