Hikmət Hacıyev Əfqanıstanın müvəqqəti işlər vəkilini qəbul etdi

Xarici siyasət

04.06.2025 10:39

Hikmət Hacıyev Əfqanıstanın müvəqqəti işlər vəkilini qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfirliyi məlumat yayıb. 

Qeyd edilib ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Məhəmməd Faysalı qəbul edib.

Görüş zamanı siyasi, iqtisadi, ticarət və tranzit əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

tag: Hikmət Hacıyev,Əfqanıstan,Qəbul,Görüş,todaypress.tv,

photo