Estoniyanın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini andı

Xarici siyasət

22.10.2025 15:30

Ölkəmizdə səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 22-də Şəhidlər xiyabanını ziyarət edib.

TodayPress TV xəbər verir ki, nazir burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının mənzərəsini seyr edən qonaqlara Azərbaycan paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

TodayPress TV

tag: Estoniya,XİN,Şəhidlər xiyabanı,Ziyarət,Todaypress.tv,

photo
photo
photo
photo
photo