Eşli Tauers AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət etdi
Xarici siyasət
08.09.2025 13:24
ABŞ-nin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tauers "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib.
TodayPress TV xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilib ki, ABŞ biznes nümayəndə heyətinin Orta Dəhliz regionuna səfərinin Qazaxıstan mərhələsi yekunlaşıb:
"Aktaudan yola düşməzdən əvvəl ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov və ABŞ-nin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Eşli Tauers AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı yeri ziyarət etdilər. Biz orada bu faciədə həlak olan mülki şəxslərin əziz xatirəsini ehtiramla yad etdik".
Vurğulanıb ki, təyyarənin qalıqları hələ də ərazidə səpələnmiş halda qalır: "Bu mənzərə itirilmiş həyatların kədərli bir xatırladıcısıdır".
tag: ABŞ,Müşavir,AZAL,Ziyarət,Todaypress.tv,


