Beynəlxalq məsləhətçi: “Bəzi ərazilərin statusları yenidən nəzərdən keçirilməlidir”

Xarici siyasət

03.06.2025 10:33

“1960-cı ildə yaradılan meyarlar bu gün də əsas götürülür. Həmin meyarlar “tam özünüidarə səviyyəsi”nin minimum tələblərini müəyyən edirdi. Əgər bu meyarlar əvvəllər siyahıdan çıxarılmış ərazilərə tətbiq olunsa, onların əksəriyyəti, bəlkə də hamısı bugünkü standartlara cavab verməzdi”.

TodayPress TV xəbər verir ki, bunu İdarəçilik üzrə beynəlxalq məsləhətçi (ABŞ) Karlil Korbin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransda deyib.

O, bildirib ki, BMT sistemində əvvəlki qərarların yenidən nəzərdən keçirilməsi üçün rəsmi bir mexanizm yoxdur:

“Bu isə prosesi tamamilə siyasi xarakterli edir və bu da bir sıra çətinliklər yaradır. Tarixdə ərazilər vəziyyətlərinin yenidən qiymətləndirilməsindən sonra siyahıya geri qaytarılması ilə bağlı üç hal məlumdur. Bunlardan ikisi – Kaneki (1986) və Nauru (2013) – yeni meyarların tətbiqinin nəticəsi kimi siyahıya salındı və bu, bir daha sübut etdi ki, bəzi ərazilərin statusları yenidən nəzərdən keçirilməlidir. Lakin bu proses olduqca siyasi xarakter daşıyır və xüsusilə geosiyasi gərginliklər fonunda, istər keçmişdə, istərsə də bu gün olduqca çətindir”. 

Korbin vurğulayıb ki, hazırda da bəzi ərazilərin əhalisi siyahıya yenidən daxil olunmaq üçün müraciət edir və bu prosesdən keçir. 

“Bu, xüsusilə Sakit okean və Karib bölgəsində özünü göstərir. Məsələn, Niderlandın qismən inteqrasiya olunmuş ərazisi olan Bonayre, əgər bu prosesə icazə verilsə, tam inteqrasiya” meyarlarına cavab vermədiyinə görə, BMT-nin yenidən qiymətləndirmə prosesinin subyekti ola bilər”.

Qiymət Mahir

tag: Bakı,Beynəlxalq,Tədbir,Fransa,Todaypress.tv,