Azərbaycanın apostol prefekti İsrail səfiri ilə görüşdü
Xarici siyasət
15.08.2025 14:16
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının Kuriyasında yepiskop Vladimir Fekete ilə İsrail Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri Ronen Kraus arasında görüş keçirilib.
TodayPress TV xəbər verir ki, görüş zamanı yepiskop Vladimir Fekete səfirə Azərbaycanın katolik icmasının həyatı, ölkədə dinlərarası dialoq və əməkdaşlığın yüksək səviyyəsi, dövlətin Katolik Kilsəsinə diqqəti və qayğısı haqqında məlumat verib.
Ronen Kraus, öz növbəsində, yepiskop həzrətlərinə səmimi ünsiyyətə görə təşəkkürünü bildirib.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
tag: Vladimir Fekete,Ronen Kraus,Görüş,Vatikan,İsrail,Todaypress.tv,
