Azərbaycan və Oman XİN rəhbərlərinin təkbətək görüşü keçirildi - YENİLƏNDİ

Xarici siyasət

29.10.2025 14:33

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfəri çərçivəsində Oman Sultanlığının xarici işlər naziri Bədr əl-Busəidi ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə iki ölkə arasında tərəfdaşlığın dərinləşdirilməsi üçün yüksək səviyyəli dialoqun və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

Nazirlər iqtisadiyyat, ticarət, humanitar və mədəni sahələrdə əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər. Görüşdə həmçinin Masqatda Azərbaycan səfirliyinin rəsmi açılışının ikitərəfli münasibətlərin inkişafı üçün mühüm addım olduğu qeyd olunub.

Tərəflər Azərbaycan və Oman arasında BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığı yüksək qiymətləndiriblər.

Bundan əlavə, 2026-cı ildə Azərbaycanda keçiriləcək yüksək səviyyəli tədbirlər – İƏT Zirvə Toplantısı və Dünya Şəhər Forumu kontekstində yaxın əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

TodayPress TV

***

14:07

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Oman Sultanlığının xarici işlər naziri Bədr Əlbusaidi arasında təkbətək görüş başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan XİN X-də paylaşım edib.

tag: Azərbaycan,Oman,XİN,Görüş,Todaypress.tv,