Azərbaycan və Britaniyanın NATO-dakı nümayəndələri müzakirə apardılar

Xarici siyasət

22.09.2025 18:42

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Böyük Britaniyanın NATO-dakı daimi nümayəndəsi Anqus Lapsley ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyindən bildirilib.

Sülh Naminə Tərəfdaşlıq (SNT) çərçivəsində tərəfdaşlıq, Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətlərini, o cümlədən regionda baş verən son hadisələr və Azərbaycan-Ermənistan sülh prosesinə dair 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilən tarixi görüşünün nəticələrini müzakirə ediblər.

TodayPress TV

tag: Azərbaycan,NATO ,Cəfər Hüseynzadə ,Böyük Britaniya,Todaypress.tv,

photo