Azərbaycan Prezidentinin Astanada rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB
Xarici siyasət
21.10.2025 10:13
Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
TodayPress TV xəbər verir ki, “Akorda” Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edildi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Dövlət başçıları birgə foto çəkdirdilər.
***
10:06
Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir.
tag: İlham Əliyev,Qarşılanma,Astanada,Rəsmi səfər,Todaypress.tv,
 
                                             
                                             
                                             
        
 
                                ![[[İlham Əliyev]] Malta Prezidentini təbrik etdi](/uploads/news/68cfa7f06570d.webp) 
                                            ![[[Sahibə Qafarova]] Maimuna Mohd Şərif ilə görüşdü](/uploads/news/68cd642f4b7e0.webp) 
                                            ![[[XİN:]] Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir](/uploads/news/687a330b4228a.webp) 
                                            ![[[Milli Məclisin sədri]] G20 Parlament Sədrlərinin 11-ci Samitində çıxış etdi](/uploads/news/68dd7f84c248f.webp) 
                                            ![[[Azərbaycan]] NATO PA-nın növbəti yaz sessiyasında təmsil olunur](/uploads/news/68347cc3f079c.webp) 
                                            ![[[Azərbaycan və BƏƏ]] HHQ komandanları görüşdü](/uploads/news/68e7d9dd682eb.webp) 
                                            ![[[Ceyhun Bayramov]] ABŞ-nin Ticarət Missiyasının nümayəndələrini qəbul etdi](/uploads/news/68bead2f18304.webp) 
                                            ![Azərbaycan və Tacikistan arasında [[memorandum]] təsdiqləndi](/uploads/news/68fb7f8342ff0.webp) 
                                            ![İƏT Baş prokurorlarının [["Daşkənd Bəyannaməsi”]] qəbul olundu](/uploads/news/68d64acd08099.webp) 
                                            ![Qazaxıstan Prezidenti [[Azərbaycan liderini təbrik etdi]]](/uploads/news/689897f2a07d6.webp) 
                                            