Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə gəldi

Xarici siyasət

02.09.2025 12:50

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə gəliblər.

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.

tag: Prezident,İlham Əliyev,Çin,Səfər,Todaypress.tv,

photo
photo
photo