Azərbaycan Pakistan ilə media sahəsində əməkdaşlığın inkişafında maraqlıdır
Xarici siyasət
04.09.2025 14:14
Azərbaycan Pakistanla media sahəsində əməkdaşlığın inkişafında maraqlıdır.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İslamabadda Pakistanın "HUM Network" media korporasiyasının baş ofisinə səfəri zamanı bildirib.
Onun sözlərinə görə, bu, ölkələr arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcək.
Diplomatı onun həyat yoldaşı Təranə Fərhadova və səfirliyin ikinci katibi Behbud Qadalı müşayiət ediblər.
Nümayəndə heyəti "HUM Network"ün əməliyyat strukturu və onun media platformalarının fəaliyyəti ilə tanış olub.
"Səfir Fərhadov ölkədə mütərəqqi kontentin təşviqində "HUM Network"ün rolunu yüksək qiymətləndirib və onun mediada qadınların hüquq və imkanlarının genişləndirilməsinə sadiqliyini xüsusilə qeyd edib. O, həmçinin Azərbaycan və Pakistan arasında media sahəsində əməkdaşlığın inkişafının vacibliyini və bunun mədəni və ikitərəfli əlaqələrin möhkəmlənməsinə kömək edəcəyini vurğulayıb", - "HUM Network" yazır.
tag: Azərbaycan,Pakistan,Səfir,Görüş,Todaypress.tv,


