Azərbaycan anitmüsəlman siyasətinə qarşı

Xarici siyasət

26.05.2025 10:03

2

"Radikal dini qruplar İslam mövzusunu mənimsəməyə çalışaraq, müsəlman dünyasında birliyə deyil, daha çox parçalanmalara səbəb olurlar”.   

TodayPress TV xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən 3-cü beynəlxalq İslamofobiya ilə mübarizə konfransında çıxış edərkən deyib.   

Sədrin fikrincə, Azərbaycan kimi dünyəvi ölkələr anitmüsəlman siyasətlərə qarşı mübarizədə mühüm rol oynaya bilər.   

“Biz radikal qrupların İslamofobiya mövzusunu monopoliyaya almasına imkan verməməliyik. Bu amillər də zaman-zaman islamofobiyanın baş qaldırmasına səbəb olan problemlərdir. Ən önəmli məsələ İslamı təhrif edən radikal hərəkatlara qarşı mübarizə aparmaqdır. Bu radikallar İslamı öz siyasi məqsədləri üçün istifadə etməklə, həm müsəlmanların reputasiyasına zərər vurur, həm də İslamofobiyanın genişlənməsinə səbəb olurlar. Nəticə olaraq, İslamofobiya təkcə bir dini və ya mədəni qrupun problemi deyil, bütün beynəlxalq cəmiyyətin üzləşdiyi təhdiddir. Biz bu təhdidlə mübarizə aparmalı, dünyada sülhü və qarşılıqlı anlaşmanı təmin etməliyik”. 

Töhfə Səməd

tag: İslam,İslamofobiya ,Mövzu,İclas,Todaypress.tv,