ABŞ ilə 99 illik tərəfdaşlıq əldə edildi

Xarici siyasət

09.08.2025 00:07

"Yeni tranzit zonası - "Tramp yolu" - Azərbaycanı öz ərazisi olan Naxçıvana tam çıxışla təmin edəcək, eyni zamanda Ermənistanın suverenliyi tam şəkildə qorunacaq. Beləliklə, onlar həqiqətən birgə yaşayıb işləyə biləcəklər. Bu, inanılmazdır".

TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Bu ərazi çox vacib və sizin hər biriniz üçün çox xüsusi bir bölgədir. İndi onlar birgə işləyəcəklər. Ermənistan, həmçinin Zəngəzur dəhlizinin inkişafı üçün Amerika Birləşmiş Ştatları ilə eksklüziv tərəfdaşlıq yaradır. Bu tərəfdaşlıq 99 ilə qədər uzana bilər. Söz verdilər ki, 99 ildən sonra da uzadacaqlar, elə deyilmi? Söz verdiniz.

Amerika şirkətləri tərəfindən əhəmiyyətli infrastruktur layihələrinin həyata keçirilməsi gözlənilir. Onlar bu iki ölkəyə daxil olmaq üçün çox maraqlıdırlar və böyük məbləğlərdə investisiyalar yatıracaqlar. Bu da hər üç ölkə üçün iqtisadi baxımdan faydalı olacaq. Bu, bütün bölgənin gələcəyi üçün son dərəcə müsbət bir xəbərdir. Və siz də bilirsiniz ki, bu, çox vacib bir bölgədir.

Bundan əlavə, ABŞ hər iki ölkə ilə enerji, ticarət və texnologiya, o cümlədən süni intellekt sahələrində əməkdaşlığı genişləndirmək üçün ikitərəfli saziş imzalayır", - deyə  ABŞ lideri bildirib.

Qiymət Mahir

Töhfə Səməd

tag: ABŞ,Azərbaycan,Ermənistan,Tramp,Todaypress.tv,