“Sabah”ın avrokuboklardakı rəqibi bilindi
UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
TodayPress TV xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında baş tutub.
Püşk Azərbaycan Kubokunun sahibi olan “Sabah” klubuna Sloveniyanın “Selye” komandasını rəqib seçib.
Qeyd edək ki, “Sabah” ilk oyununu iyulun 10-da Bakıda, cavab görüşünü isə iyulun 17-də səfərdə keçirəcək.
Əlavə edək ki, Azərbaycanın avrokuboklardakı digər təmsilçiləri “Qarabağ” (Çempionlar Liqası), “Zirə” və “Araz-Naxçıvan”dır (Konfransa Liqası). Bu komandaların rəqibləri isə iyunun 18-də keçiriləcək püşkatmada bəlli olacaq.
Namiq HUN