Yay mövsümündə Mərkəzi Asiyadan turist axını 27 %-dən çox artıb

Turizm

25.10.2025 16:20

Builki yay mövsümündə (iyun–avqust aylarında) Azərbaycana Mərkəzi Asiya ölkələrindən 68 min 21 turist səfər edib.

TodayPress TV xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,4 % çoxdur.

Mövsüm ərzində ölkəyə ən çox turist Qazaxıstandan gəlib – 34 min 238 nəfər. Bu, ötən ilin yay mövsümü ilə müqayisədə 18,2 % artım deməkdir.

İkinci yerdə Özbəkistandan gələnlər qərarlaşıb - 19 min 513 nəfər. Bu, 1 il əvvələ nisbətən 52,9 % artım deməkdir.

Üçüncü yeri isə Türkmənistandan gələnlər tutub. Bu ölkədən Azərbaycana 8 min 613 nəfər turist gəlib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,8 % çoxdur.

Son 1 ildə Tacikistandan gələnlərin sayı 2,4 dəfə artaraq 2 min 620 nəfər, Qırğızıstandan gələnlərin sayı isə 13,1 % azalaraq 2 min 109 nəfər olub.

TodayPress TV

tag: Turizm,Azərbaycan,Mərkəzi Asiya,Artım,Todaypress.tv,