Bölgələrdə istirahət neçəyə başa gəlir?

Turizm

22.07.2025 16:51

Bu yay mövsümündə də istirahət üçün Azərbaycanın bölgələrinə üz tutan vətəndaşlar qiymətin yüksək olmasından gileylənirlər.

Turizm eksperti Ceyhun Aşurov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, hazırda Azərbaycanın bölgələrində qiymətlər əsasən hotellərin səviyyəsinə, kənd evlərinin şəraitinə və daxil olan xidmətlərə görə dəyişir.     

"İki nəfərlik otaq və ya kənd evində bir günlük qalmaq təxminən 100-150 manat aralığında dəyişir. Hotellərdə isə qiymətlər 100 manatdan başlayır və bu məbləğə səhər yeməyi də daxildir. Qidalanma xərcləri isə adambaşı 30-40 manat civarındadır. Ümumilikdə, iki nəfərlik bir həftəlik bölgə istirahəti 1000 manata qədər başa gələ bilər. Ailə üzvlərinin sayı çox olduqda kənd evləri, villalar və “A-frame” tipli evlər daha sərfəli seçim hesab olunur".

Ceyhun Aşurov bildirib ki, qiymətlərdə cüzi artım müşahidə olunsa da, bu, mövsümi xarakter daşıyır:

"Ötən illə müqayisədə qiymətlərlə elə ciddi fərq yoxdur. Sadəcə mövsümə uyğun olaraq gördüyümüz bahalaşma normaldır", - deyə o fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

tag: Ceyhun Aşurov,Ekspert,İstirahət,Qiymət,Todaypress.tv,

photo