Azərbaycana gələn rus turistlərin sayı 15 faiz azaldı

Turizm

16.05.2025 18:51

9

Bu ilin yanvar-aprel ayında Rusiyadan 178,345 turist Azərbaycana gəlib. 

Dövlət Turizm Agentliyindən TodayPress TV-yə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan gələn turistlərin sayı 15, Türkiyədən 4, İrandan isə 5 faiz azalıb. 

Şimal Şərqi Asiya üzrə 50 faiz, Cənubi Asiya üzrə 30 faiz, Afrika ölkələri üzrə isə 25 faiz artım qeydə alınıb. 

Qeyd edək ki, dövr ərzində Azərbaycana Türkiyədən 132 174 nəfər, İrandan 66 428 nəfər, Şimal Şərqi Asiya ölkələrindən 5 781 nəfər, Cənubi Asiya ölkələrindən 105 620 nəfər, Afrika ölkələrindən isə 4 654 nəfər turist səfər edib. 

Ümumilikdə isə yanvar-aprel aylarında Azərbaycana 735,884 xarici turist səfər edib.

Bu isə ötən ilin eyni dövrünə nisbətdə 1 faiz artıb. Təkcə cari ilin aprel ayında isə 227,788 turist ölkəmizə səfər edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 7 faiz artım deməkdir.

tag: Turizm,Agentlik,Turist,Ruslar,Todaypress.tv,