Vətən müharibəsinin başlamasından 5 il ötür
Sosial
27.09.2025 09:00
Bu gün Vətən müharibəsinin başlamasından 5 il ötür.
TodayPress TV xəbər verir ki, səhər saatlarından başlayaraq Vətən müharibəsi şəhidlərini yad etmək üçün II Şəhidlər Xiyabanı ziyarət edilir.
Anım Günü ilə əlaqədar Vətən uğrunda şəhid olanların yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, eləcə də sadə vətəndaşlar şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq xiyabanı ziyarət edir, məzarları önünə əklil və gül dəstələri qoyur.
Xatırladaq ki, 44 gün davam edən Vətən müharibəsi 2020-ci il 27 sentyabr tarixində başlayıb. Nəticədə Qarabağ işğaldan azad edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
tag: Vətən Müharibəsi ,Şəhidlər ,Xiyaban,Ziyarət,Todaypress.tv,
 
        
 
                                ![Mübariz Əhmədov [[bölgələrdə yaşayan]] vətəndaşların müraciətlərini dinlədi](/uploads/news/68ad97aeb06db.webp) 
                                            ![ADB Azərbaycanda [[yol layihələrinin maliyyələşdirilməsi]] imkanlarını araşdırır](/uploads/news/687117e42006b.webp) 
                                            ![Bakı və ətrafında [[su təchizatındakı fasilələrin səbəbləri]] açıqlandı](/uploads/news/688099e7ca884.webp) 
                                            ![Kamran Əliyev Xətaidə [[vətəndaşları]] qəbul edəcək](/uploads/news/68872112ca70c.webp) 
                                            ![35 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/689706af1707b.webp) 
                                            ![BŞTİ-də [[yeni kadr təyinatı]] oldu](/uploads/news/682dc9127d89a.webp) 
                                            ![Çörəyin [[QİYMƏTİ ARTACAQ?]] - İddialara aydınlıq gətirildi](/uploads/news/6878f975d88fa.webp) 
                                            ![[[İşgəncələrə Qarşı Azərbaycan Komitəsi]] erməniəsilli şəxslərin saxlanma şəraiti ilə tanış oldu](/uploads/news/687f9d2e2dd41.webp) 
                                            ![Metropoliten departament rəislərinin [[işdən çıxarılması iddiasına aydınlıq gətirdi]]](/uploads/news/6890c1b6d94bc.webp) 
                                            ![Qanunsuz sərnişin daşıyan [[18 nəqliyyat vasitəsi]] saxlanıldı](/uploads/news/68e3edb1583eb.webp) 
                                            