TƏCİLİ! Azərbaycanda pensiya yaşı 70-ə qaldırılır?
Danimarka parlamenti 2040-cı ilə qədər pensiya yaşını 70-ə qaldıran yeni qanun qəbul edib. Belə ki, 2030-cu ildə 68-ə, 2035-ci ildə isə 69-a yüksələcək. 70 yaş pensiya yaşı isə 1970-ci il dekabrın 31-dən sonra doğulmuş bütün insanlara şamil ediləcək. Maraqlıdır, analoji qanun Azərbaycanda da qəbul oluna bilər?
İqtisadçı Eldəniz Əmirov TodayPress TV-yə açıqlamasında bildirib ki, Danimarkada qadınların orta ömür uzunluğu 83,5, kişilərin isə 79 yaşdan yuxarıdır.
Ümumilikdə ölkədə orta ömür uzunluğu 81 ildir. Bu, pensiya yaşının artırılmasını qaçınılmaz edir.
Eyni zamanda əmək bazarında kadr çatışmazlığı da bu qərarın verilməsində mühüm rol oynayıb. Əhali qocalır, təbii artım aşağıdır və nəticədə işçi qüvvəsinə ehtiyac artır.
Ekspert vurğulayıb ki, Azərbaycanda vəziyyət bir qədər fərqlidir və hazırda pensiya yaşının artırılmasına ehtiyac yoxdur:
“Ölkədə kifayət qədər kadr potensialı və işçi qüvvəsi mövcuddur. Bu baxımdan pensiya yaşının artırılması indiki mərhələdə zəruri deyil. Əgər gələcəkdə orta ömür uzunluğu 80 yaşa yaxınlaşarsa, o zaman bu məsələ gündəmə gələ bilər. Bu, yaxın 3-5 ilin deyil, ən azı 15 il sonranın mövzusudur” deyə Eldəniz Əmirov yekunlaşdırıb.
Qeyd edək ki, ölkəmizdə kişilərin pensiya yaşı 65, qadınlarınkı isə 64-dür.
Türkan İsgəndərli
tag: Eldəniz Əmirov,Ekspert,Pensiya,Yaş,Todaypress.tv,
