Səfir: “Mədəniyyət diplomatiyası dialoqu və rifahı təşviq edir”

Sosial

26.05.2025 14:14

12

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Mohammed Al Blooshi "Shane Academy"də BƏƏ-nin mədəniyyət diplomatiyası haqqında mühazirə ilə çıxış edib.

Bu barədə TodayPress TV-yə səfirlikdən məlumat verilib.

Səfir vurğulayıb ki, BƏƏ həm köklü ənənələrə, həm də gələcəyə parlaq baxışlara malik olan bir ölkədir: “Vurğulamaq lazımdır ki, BƏƏ-nin mədəniyyət diplomatiyası qarşılıqlı hörmət, beynəlxalq əməkdaşlıq və qlobal rifah üçün dialoq, təhsil və mədəni mübadilələri dəstəkləyir”.

BƏƏ-nin müxtəlif mədəniyyətlərin mərkəzi hesab edildiyini, təhlükəsizlik və firavanlıq şəraitində yan-yana yaşayan və işləyən 200-dən çox millətə ev sahibliyi etdiyini qeyd edən səfir əlavə edib ki, BƏƏ növbəti 50 il ərzində dünyanın yaşamaq və işləmək üçün ən yaxşı ölkələrindən biri statusunu qoruyub saxlamaq üçün səylərə sərmayə qoymağa davam edəcək.

Tədbir BƏƏ mədəniyyətinə həsr olunmuş video təqdimatla və iştirakçılarla sual-cavab sessiyası ilə davam edib.

tag: BƏƏ,Azərbaycan,Səfir,Mohammed Al Blooshi,todaypress.tv,

photo