"QHT işi" üzrə təqsirləndirilən Hafiz Həsənovun məhkəməsi başladı
Sosial
22.10.2025 17:49
"QHT işi" üzrə təqsirləndirilən "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
TodayPress TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən Hafiz Həsənov ona qarşı irəli sürülən ittihamla razılaşmayıb və işə xitam verilməsi ilə bağlı vəsatət verib.
Məhkəmə vəsatəti təmin etməyib.
Cinayət işi üzrə məhkəmə baxışı noyabrın 5-nə təyin olunub.
Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
Məhkəmənin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
(Report)
tag: QHT,Məhkəmə,Proses,Cinayət işi,Todaypress.tv,
