Özbək nümayəndələr Azərbaycanda dövlət qurumlarının işi ilə tanış oldu
Sosial
30.09.2025 21:17
Özbəkistandan olan kommunikasiyaya məsul nümayəndələr Azərbaycanın müxtəlif dövlət orqan və qurumlarını ziyarət edib, onların fəaliyyəti ilə yaxından tanış olublar.
TodayPress TV xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən bildirilib.
Özbəkistandan olan qonaqlarla Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və Bakı Şəhər İcra Hakimiyyətində görüşlər keçirilib.
Görüşlərdə hər iki ölkənin dövlət qurumlarının kommunikasiya sahəsində əməkdaşlığının gücləndirilməsi, ictimaiyyətlə əlaqələrin müasir metodları, rəqəmsal platformalardan istifadə imkanları və media ilə iş təcrübələri müzakirə olunub. Qonaqlara, həmçinin aidiyyəti qurumların əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, strateji planlar və qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, sözügedən görüşlər yalnız təcrübə mübadiləsinə deyil, həmçinin iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə, peşəkar əməkdaşlığın dərinləşdirilməsinə və kommunikasiya sahəsində müasir yanaşmaların öyrənilməsinə mühüm imkanlar yaradır.
tag: Özbəkistan,Nümayəndə Heyəti,Medianın İnkişafı Agentliyi,Ekologiya,Todaypress.tv,
 
        
 
                                ![Daha iki müntəzəm avtobus marşrutları [[müsabiqəyə çıxarılır]]](/uploads/news/68ff89e6115a5.webp) 
                                            ![Rusiyanın mədəniyyət naziri Azərbaycana [[təşəkkür etdi]]](/uploads/news/684f021d76148.webp) 
                                            ![Ədliyyə Nazirliyi [[“Mobil icra” tətbiqini]] istifadəyə verdi](/uploads/news/685297e2a1fe2.webp) 
                                            ![40 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/6874c25f9b05c.webp) 
                                            ![TİKA [[“Yaşıl Keçid” təlimi keçirdi]]](/uploads/news/68380990293a3.webp) 
                                            ![Yollarda sürət həddi [[bərpa edildi]]](/uploads/news/68cfb42ccfb21.webp) 
                                            ![AQTA bir sıra ölkələrin [[qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini]] tanıdı](/uploads/news/689c89c4ee5a1.webp) 
                                            ![Bakıda və rayonlara yağış yağır [[- FAKTİKİ HAVA]]](/uploads/news/68c9136979df1.webp) 
                                            ![Vətəndaşlar [[polis rəislərinə]] birbaşa müraciət edə biləcəklər](/uploads/news/689dc1ca7044f.webp) 
                                            ![TƏCİLİ! Azərbaycanda [[pensiya yaşı 70-ə]] qaldırılır?](/uploads/news/683469e7ef4cf.webp) 
                                            