Media savadlılığı ilə bağlı layihənin icrasına başlanılır
Sosial
25.09.2025 15:15
Medianın İnkişafı Agentliyi (MEDİA), Azərbaycan Respublikasının Gənclər Fondu və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində "Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı" layihəsinə start verilir.
Bu barədə TodayPress TV-yə MEDİA-dan məlumat verilib.
Sentyabr-dekabr aylarını əhatə edəcək layihə çərçivəsində 10-dan artıq regiondan 500-dən çox gəncin iştirakı ilə mətbuat tarixi və yeni media istiqamətində, eyni zamanda media savadlılığı mövzusunda təlim, praktik və interaktiv sessiyaların təşkil edilməsi nəzərdə tutulur.
Layihənin məqsədi fəal sosial media istifadəçisi kimi zərərli məlumatların təsirinə daha çox məruz qalma ehtimalı olan gənclərin müasir media və kommunikasiya sahəsində biliklərinin artırılması, media savadlılığı mövzusunda bacarıqlarının təkmilləşdirilməsi, dezinformasiya ilə mübarizədə maarifləndirmənin və həmrəyliyin gücləndirilməsidir.
Layihənin yekunu olaraq, dekabr ayında Bakı və regionlardan ümumilikdə 100-dən çox gəncin iştirakı ilə tədbirin keçirilməsi planlaşdırılır.
tag: MEDİA,Milli Mətbuat,150,Təlim,Todaypress.tv,
 
        
 
                                ![Bahar Muradova [[Balakən rayonunda]] vətəndaşları qəbul etdi](/uploads/news/6871013cede2a.webp) 
                                            ![Çaylarda [[sululuq]] artdı](/uploads/news/684faaae51b23.webp) 
                                            ![[[3-cü Şuşa Qlobal Media Forumu]] bu gün işə başlayır](/uploads/news/687b8f428fce5.webp) 
                                            ![AQTA [[bəzi müəssisələrə fitosanitar sertifikatın]] verilməsini dayandırdı](/uploads/news/68403faad1ab0.webp) 
                                            ![[[AAYDA:]] Laza kəndinin yolu lil və palçıqdan təmizləndi](/uploads/news/68dfadc04c3fa.webp) 
                                            ![Bakının bəzi ərazilərində [[işıq olmayacaq]]](/uploads/news/682cb763bf41a.webp) 
                                             
                                            ![Qan ehtiyacı olanlara niyə pulla satılır? [[– Aydınlıq gətirildi]]](/uploads/news/68418aaadaed9.webp) 
                                            ![Azərbaycan və Çinin [[Mülki Aviasiya qurumları arasında]] sənəd imzalandı](/uploads/news/6870a4f74e9ba.webp) 
                                            ![Sakinlər [[NARAZIDIR: 508 nömrəli avtobus niyə gecikir?]]](/uploads/news/68a596d0c5758.webp) 
                                            